Birləşmiş Ərəb Əmirlikləri ölkə üzərindəki hava məkanının qismən bağlanmasını daha bir həftə uzadıb. Bu barədə TASS-a Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.
Agentliyin mənbəyi bildirib ki, “hava məkanı 23 mart Bazar ertəsi günü UTC vaxtı ilə saat 12:00-a (Bakı vaxtı ilə 16:00 ) qədər qismən bağlıdır”.
Mənbə qeyd edib ki, yerli hava limanlarına və hava limanlarından uçuşlar üçün altı marşrut müəyyən edilib və bu marşrutlar qonşu Oman və Səudiyyə Ərəbistanının hava məkanı ilə sərhədi keçən nəzarət məntəqələrinə aparır. Agentliyin mənbəyi əlavə edib ki, “Ekipajlara hava nəqliyyatının idarə edilməsindən gələn əməliyyat məlumatlarını izləmək tapşırılıb”.
