İsrail ordusunun mətbuat xidməti bildirib ki, İranın Ali Liderini daşıyan təyyarə Tehranda İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib.
Onun açıqlamasına görə, paytaxtın Mehrabad hava limanına bazar ertəsi gecəsi yenidən hücum edilib və bu, hökumət təyyarəsinə hədəflənmiş zərbə olub. İsrail ordusunun məlumatına görə, təyyarədən keçmiş Ali Lider Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli İran rəsmiləri istifadə edirdi.
Son günlərdə İsrail ordusu Mehrabad hava limanına ən azı dörd dəfə zərbələr endirdiyini elan edərək radarları, hava hücumundan müdafiə sistemlərini, hərbi təyyarələri və hərbi nəqliyyat təyyarələrini hədəfə alıb. (Tass)
