BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, İranın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) neft-qaz obyektlərinə və infrastrukturuna endirdiyi zərbələr qlobal enerji bazarlarının və Yaxın Şərqin sabitliyini təhdid edir.
Bəyanatda deyilir: “İranın Habshan təbii qaz emalı kompleksinə hücumlarını qətiyyətlə pisləyirik. Bu cür hərəkətlər beynəlxalq hüququ pozur və təkcə bütün Yaxın Şərqin deyil, həm də qlobal enerji bazarlarının sabitliyini təhdid edir”. (Tass)
