Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya ilə danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndə təyin etməlidir. Bu mövqeyi Belçikanın Baş naziri Bart De Vever açıqlayıb.
“Mən narahatam ki, AB [Ukrayna ilə bağlı] danışıqlar masasında deyil. Mən çoxdan əminəm ki, Avropa Moskva ilə danışıqlar aparmaq üçün səlahiyyətli birini təyin etməlidir”, – deyə o, Kiprdə keçirilən AB sammitinə gələrkən bildirib.
Martın 12-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskvanın fikrincə, Aİ-nin Ukrayna sülh danışıqlarında iştirakı yalnız dağıdıcı rol oynayacaq. O qeyd edib ki, Brüsselin mövqeyi nəzərə alınmaqla, Aİ yalnız sülh prosesinə xələl gətirə bilər. (Tass)
