ABŞ-ın İrana hücumlarında digər ölkələrin dəstəyinə ehtiyacı yox idi və Vaşinqtonun kömək istəyi NATO müttəfiqləri üçün bir sınaq idi. ABŞ prezidenti Donald Tramp bunu BBC-yə verdiyi müsahibədə bildirib.
Tramp deyib: “Onlara heç ehtiyacım yox idi, amma onlar orada olmalı idilər. Mənə əlbəttə ki, ehtiyac yox idi. Biz İranın hərbi gücünü tamamilə məhv etdik. Mənə heç kim lazım deyildi”. O, dəstək tələbini “daha çox sınaq” adlandırıb.
İranla razılığa gəlmək şanslarından danışan Amerika lideri, “qarşı tərəfin razılaşma əldə etməyə can atdığını” iddia etdi. “Beləliklə, nə desəm və nə etsəm də, çox yaxşı işləyir”, – deyə Tramp bildirib.
