Bild qəzeti Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtə istinadən yazır ki, Almaniya Ukrayna və İsraillə əks-dron sistemlərinin hazırlanması sahəsində əməkdaşlığı genişləndirəcək.
Nazirin sözlərinə görə, Almaniya Federal Polisində eksklüziv olaraq dronlara qarşı mübarizə məsələləri ilə məşğul olmaq üçün yeni bölmə yaradılacaq. İsrail və Ukrayna kimi tərəfdaşlarla sıx əməkdaşlıq etmək üçün tədqiqat və inkişaf departamentləri də yaradılacaq.
Bild daha əvvəl öz mənbələrinə istinadən xəbər vermişdi ki, Almaniya hökuməti naməlum dronlarla mübarizə üçün gizli plan hazırlayır. Mərkəzi element Bundesverə insan həyatı və ya kritik infrastruktur üçün təhlükə yarandığı təqdirdə PUA-ları vurmaq səlahiyyətinin verilməsi olacaq.
