İyun 30, 2026-12:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dünyasının elmi və strateji əməkdaşlığında yeni mərhələdir

2026:06:29 - 13:33
in SİYASƏT
A A

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” təkcə tarixi yubiley deyil, həm də türk xalqlarının ortaq elmi, mədəni və strateji əməkdaşlığının yeni mərhələsini simvolizə edir.

Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı əsasında keçirilən yubiley tədbirləri 1926-cı ildə Bakıda təşkil olunan Birinci Türkoloji Qurultayın tarixi irsinin yenidən beynəlxalq elmi gündəmə gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Birinci Türkoloji Qurultay yalnız elmi tədbir deyildi. Bu qurultay türk xalqlarının ortaq dil, əlifba, tarix, mədəniyyət və kimlik məsələləri ətrafında fikir birliyinin formalaşmasına xidmət edən mühüm intellektual platforma idi. Aradan yüz il keçməsinə baxmayaraq, həmin qurultayın irəli sürdüyü ideyalar bu gün də öz aktuallığını qoruyur”, – deyə İ.Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının son illərdə həyata keçirdiyi inteqrasiya siyasəti, ortaq türk əlifbası istiqamətində görülən işlər, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi Birinci Türkoloji Qurultayın müəyyən etdiyi strateji hədəflərin müasir dövrdə davamı kimi qiymətləndirilə bilər.

TDAM rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın qərarları türk xalqlarının elmi-mədəni həmrəyliyinin qorunmasında mühüm rol oynayıb və müstəqillik dövründə Türk dünyasının mənəvi dirçəlişinə güclü təkan verib.

İ.Hüseynov qeyd edib ki, hazırda Türk dünyası siyasi, iqtisadi, nəqliyyat, enerji, rəqəmsallaşma və humanitar əməkdaşlıq istiqamətlərində yeni inkişaf mərhələsinə qədəm qoyur. Belə bir dövrdə Bakıda keçirilən Türk Dünyası Həftəsi ortaq elmi düşüncənin inkişafına, türkologiya sahəsində yeni tədqiqatların təşviqinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.

“Azərbaycan tarixən Türk dünyasının intellektual mərkəzlərindən biri olub. Bu gün də ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin təşviqində fəal rol oynayır. Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz Bakıda beynəlxalq səviyyədə qeyd olunması Azərbaycanın Türk dünyasının elmi və mədəni inteqrasiyasında aparıcı mövqeyini bir daha nümayiş etdirir”, – deyə İlyas Hüseynov əlavə edib.

TDAM rəhbəri hesab edir ki, Türk Dünyası Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfranslar, elmi müzakirələr və mədəni tədbirlər türkologiyanın inkişafına yeni impuls verəcək, türk xalqları arasında elmi-humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Əvvəlki Yazı

Bloomberg: Hörmüz boğazından keçən gəmilərin sayı 80% azalıb

Növbəti Yazı

Azərbaycan Türk dünyasının ortaq tarixi yaddaşını gələcəyə daşıyır 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.