Avqust 19, 2026-23:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub

2026:02:18 - 10:29
in İQTİSADİYYAT
A A

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) “Heç kəsi kənarda qoymamaq üçün aqrar-ərzaq sistemlərinin transformasiyası” mövzusunda keçirilən xüsusi iclasında Azərbaycanın bu sahədə təcrübəsi üzv dövlətlərlə paylaşılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin üçüncü katibi Qəmər Səfərova iclasda çıxış edərək bildirib ki, rəqəmsal texnologiyalar və süni intellekt aqrar-ərzaq sistemlərinin transformasiyasında mühüm rol oynayır.

Diplomat qeyd edib ki, bu texnologiyalar informasiya, əməliyyat və monitorinq xərclərini azaltmaqla kənd təsərrüfatının səmərəliliyini artırır və yeni imkanlar yaradır.

Çıxışda qeyd olunub ki, Azərbaycan aqrar-ərzaq sistemlərinin rəqəmsal inkişafı və modernləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir:

“2026–2029-cu illəri əhatə edən Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində süni intellektə əsaslanan məsləhət xidmətlərinin və inteqrə olunmuş rəqəmsal platformaların tətbiqi nəzərdə tutulur. Məqsəd rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların təşviqi və rəqəmsallaşmanın iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsidir. Kənd təsərrüfatı və aqrar-ərzaq sektoru ölkədə iqtisadiyyatın şaxələndirilməsi üzrə dörd prioritet sahədən biri kimi müəyyən edilib. Bu istiqamətdə strateji yol xəritəsi qəbul olunub və 2019-cu ildə fermerlər üçün “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi (EKTİS) istifadəyə verilib. Platforma fermerlərin dövlət dəstəyi mexanizmlərinə və xidmətlərə çıxışını asanlaşdırır”.

Q. Səfərova bu sahədə Azərbaycanın təcrübəsindən bəhs edib və bildirib ki, fermer və istehsalçıların yeni həlləri tətbiq edə bilmələri üçün onların bacarıq və resurslarla təmin olunması vacibdir. Bu məqsədlə tərəfdaşlıqlar və bilik mübadiləsi təşviq olunur. 2025-ci ilin may ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə dördüncüsü keçirilən Aqrobiznesin İnkişafı Forumu davamlı aqrar-ərzaq sistemlərinin inkişafı üçün mühüm platforma rolunu oynayıb.

Üçüncü katib, eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində rəqəmsal texnologiyalara əsaslanan yanaşmalar tətbiq edildiyini diqqətə çatdırıb.

Sonda diplomat Azərbaycanın inklüziv, dayanıqlı və rəqəmsal imkanlarla gücləndirilmiş aqrar-ərzaq sistemlərinin təşviqi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldığını vurğulayıb.

Əvvəlki Yazı

BMTM sədri: C6 bərpaolunan enerji sahələrində də funksional platformaya çevrilməlidir

Növbəti Yazı

WUF13-lə bağlı vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.