Avqust 19, 2026-21:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

WUF13-lə bağlı vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq

2026:02:18 - 10:32
in SİYASƏT
A A
Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 8-ci iclası keçirilib.

“Report” bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, iclasda Azərbaycan Nəqliyyat və Telekommunikasiya Holdinqi (“AZCON Holding”), “Azərbaycan Hava Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, hava nəqliyyatı sahəsində fəaliyyət göstərən müvafiq strukturlar, aidiyyəti dövlət qurumları və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İclas çərçivəsində ölkənin aviasiya təhlükəsizliyi sisteminin mövcud vəziyyəti təhlil olunub, risk əsaslı yanaşma prinsiplərinin tətbiqi, qurumlararası operativ koordinasiyanın optimallaşdırılması və beynəlxalq standartlara uyğunluğun davamlı monitorinqi əsas prioritet kimi müəyyən edilib. Təhlükəsizlik prosedurlarının effektivliyi və əməliyyat risklərinin idarə olunması istiqamətində əlavə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı razılıq əldə olunub.

Müzakirələrin əsas istiqamətlərindən biri mayda Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq olub. Forum dövründə gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi, sərnişin və nümayəndə heyətlərinin hərəkətinin fasiləsiz idarə olunması, eləcə də bütün aidiyyəti qurumlar arasında vahid əməliyyat koordinasiya mexanizminin işə salınması nəzərdə tutulur.

İclasın yekununda təhlükəsizlik sahəsində institusional əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq tədbirlər dövründə yüksək hazırlıq səviyyəsinin təmin olunması və strateji risklərin qabaqlayıcı idarə olunması üzrə fəaliyyət istiqamətləri müəyyən edilib.

Əvvəlki Yazı

BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub

Növbəti Yazı

Fariz Cəfərov: “Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.