Aprel 18, 2026-17:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU-nun təmsil olunduğu komanda Cenevrədə medallara layiq görülüb

2026:03:31 - 14:24
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin (BMU) dosenti Sevinc Əliyeva və dizayn ixtisası üzrə II kurs tələbəsi Ləman Səfərlinin daxil olduğu komanda Cenevrə şəhərində keçirilən 51-ci Beynəlxalq İxtiralar Sərgisində uğur qazanıb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan bu beynəlxalq platformada mühəndislik, kosmik texnologiyalar, tibb və aqrotexnologiya sahələrini əhatə edən 5 startap layihəsi ilə təmsil olunub. Sərgidə BMU nümayəndələrinin də daxil olduğu komandanın təqdim etdiyi “A.I.N.O.S” layihəsi qızıl medala, “S.O.N.I.A” layihəsi isə bürünc medala layiq görülüb.

“A.I.N.O.S” layihəsi kosmik cisimləri 16.3 parsek məsafəyədək real vaxt rejimində izləyə bilən, lazer və yüksəkhəssaslıqlı optik sistemlərlə təchiz edilmiş innovativ həll kimi diqqət çəkib. “S.O.N.I.A” layihəsi isə süni intellekt əsaslı, 2 saatadək avtonom fəaliyyət göstərə bilən, axtarış-xilasetmə və relyef xəritələşdirmə funksiyalarına malik pilotsuz uçuş aparatı kimi yüksək qiymətləndirilib.

Bu uğur Azərbaycan alimləri və gənc tədqiqatçıların beynəlxalq innovasiya ekosistemində rəqabətqabiliyyətli potensialını bir daha nümayiş etdirir. Eyni zamanda, bu nailiyyət ölkəmizin elmi və texnoloji imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.

Qeyd edək ki, Azərbaycan bu il sözügedən nüfuzlu sərgidə ilk dəfə iştirak edib. Komandaların sərgidə iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Sərgiyə 30-dan çox ölkədən 1000-dən artıq ixtira təqdim edilib və innovasiya, elm, texnologiya sahələrində ən perspektivli layihələr beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Əvvəlki Yazı

NATO xarici işlər nazirlərinin ilk görüşünü 21-22 may tarixlərində İsveçdə keçirəcək

Növbəti Yazı

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.