NATO xarici işlər nazirlərinin ilk görüşünü 21-22 may tarixlərində İsveçdə keçirəcək. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirib ki, “İsveç 21-22 may tarixlərində NATO xarici işlər nazirlərinin növbəti görüşünə ev sahibliyi edəcək. Bu, ölkənin 2024-cü ilin mart ayında NATO-ya qoşulduqdan bəri ilk dəfə NATO nazirlər görüşünü keçirməsi olacaq”.
