Bolqarıstan Xarici İşlər Nazirliyi zərurət yaranarsa, ABŞ prezidenti Donald Trampla görüş üçün Budapeştə gedən Rusiya prezidenti Vladimir Putinin təyyarəsi üçün hava dəhlizi verməyə hazır olduğunu bəyan edib. Bu barədə xarici işlər naziri Georg Georgiyev məlumat verib.
Lüksemburqda Bolqarıstan Milli Radiosunun suallarını cavablandıran Georgiyev deyib: “Sülhə nail olmaq üçün səylər göstərildikdə, qeyd olunan məqsədə çatmaq üçün lazım olan bütün şəraiti təmin etmək məntiqlidir”. Bolqarıstanın hava dəhlizi verib-verməyəcəyini soruşduqda, nazir “İştirakçılarından biri iştirak edə bilməsə, görüş necə baş tuta bilər?” deyib.
Oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bəyan edib ki, Moskva və Vaşinqton “gecikmədən” iki ölkə liderləri arasında Macarıstan paytaxtında keçirilə biləcək yeni görüşə hazırlaşmağa başlayacaq. (Tass)
