ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında keçiriləcək görüşün əhəmiyyətini vurğulayıb. Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
Sənəddə deyilir: “Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla prezident Tramp və prezident Putin arasında oktyabrın 16-da baş tutan telefon danışığından sonra növbəti addımları müzakirə etmək üçün danışıb”. “Dövlət katibi qarşıdan gələn görüşlərin Rusiya və Ukrayna arasında prezident Trampın vizyonuna uyğun olaraq davamlı həllinə nail olmaq üçün Moskva və Vaşinqtonun əməkdaşlıq etmək imkanı kimi vacibliyini vurğuladı”. (Tass)
