Avqust 11, 2026-19:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

2026:08:10 - 11:17
in SOSİAL
A A

Bakı Slavyan Universiteti (BSU) müəllimlik peşəsini seçən və yüksək nəticə göstərən oğlan abituriyentləri dəstəkləmək məqsədilə xüsusi daxili təqaüd proqramı təqdim edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olan oğlan tələbələri əhatə edir. Qəbul imtahanlarında 450 baldan yüksək nəticə göstərərək bu ixtisaslardan birinə qəbul olan oğlan tələbələr universitetin daxili təqaüd proqramından yararlana biləcəklər. Müəllimlik yalnız peşə seçimi deyil, eyni zamanda, gələcək nəsillərin formalaşmasına verilən mühüm töhfədir. Bu missiyanın daşıyıcıları olacaq gənclərin dəstəklənməsini prioritet istiqamətlərdən biri hesab edən Bakı Slavyan Universiteti oğlan tələbələr üçün yeni təqaüd imkanları yaradır. Universitet bu təşəbbüslə yüksək nəticə göstərən, müəllimlik peşəsinə maraq göstərən və gələcəkdə təhsil sahəsinə töhfə vermək istəyən gənclərin stimullaşdırılmasını, onların peşəkar inkişafına dəstək göstərilməsini və müəllim peşəsinə marağın artırılmasını qarşıya məqsəd qoyur.

Beləliklə, yüksək nəticə göstərən oğlan abituriyentlər üçün Bakı Slavyan Universitetində müəllimlik ixtisaslarına qəbul olmaqla yanaşı, daxili təqaüd proqramından yararlanmaq imkanı da yaradılır.

Əvvəlki Yazı

“İsmayıllı-2” KSES-də indiyədək 34 milyon kilovat saat elektrik enerjisi istehsal edilib

Növbəti Yazı

Oman, Caroline Bezengi neft dağılmasına qarşı mübarizəni çətinləşdirən səbəbləri izah edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.