Avqust 10, 2026-15:16
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“İsmayıllı-2” KSES-də indiyədək 34 milyon kilovat saat elektrik enerjisi istehsal edilib

İstismar edildiyi tarixdən cari ilin 1 iyulunadək “İsmayıllı-2” Kiçik Su Elektrik Stansiyasında (KSES) ümumilikdə 34 milyon kilovat saat elektrik enerjisi istehsal olunub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Qeyd edək ki, ümumi gücü 1,581 MVt olan “İsmayıllı-2” KSES-in açılışı 2016-cı ilin 10 avqust tarixində İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında olub.