Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Çin sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında görüş müxtəlif səviyyələrdə Çin-ABŞ münasibətlərinə güclü təkan verəcək.
Çin Xarici İşlər Nazirliyinin saytında Trampın Pekinə səfərinin nəticələrini şərh edən Vanq Yinin sözləri sitat gətirilir: “Bu görüş qanunvericilik orqanları, yerli hakimiyyət orqanları, işgüzar dairələr, elmi ictimaiyyət, media və hər iki ölkənin digər dairələri arasında əməkdaşlığın gücləndirilməsi üçün güclü təkan verəcək”. (Tass)
