Aprel 27, 2026-0:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Çinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti ADU-da olub

2024:09:04 - 14:22
in SOSİAL
A A

Çin Xalq Respublikasının (ÇXR) Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti ilə görüşdə rektor Kamal Abdulla Azərbaycan Dillər Universitetinin dünyanın bir çox xarici universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Rektor görüşün daha geniş əməkdaşlıq üçün böyük imkanlar açacağına, iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə, Çin dilinin tədrisinin inkişafı üçün xalqlarımız arasında qarşılıqlı münasibətlərin artırılmasına xidmət edir. Konfutsi İnstitutunun fəaliyyəti Çin dilinin öyrənilməsinə kömək etməklə yanaşı, bu ölkənin mədəniyyətinə marağı stimullaşdırır. Eyni zamanda, Çinin Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin uğurlu fəaliyyəti Azərbaycan-Çin münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına kömək edir. Mərkəz müxtəlif təqdimatlar, dəyirmi masalar, tədbirlər keçirməklə Azərbaycan dilini, mədəniyyətini və tarixini Çində təbliğ edir.Çinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin Baş direktorunun müavini Yu Tianqi universitetdə olmaqdan məmnunluğunu ifadə edib. ADU ilə əməkdaşlığı yüksək qiymətləndirən qonaq iki ölkə arasında elmi əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edib. Qeyd olunub ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan Dillər Universiteti ilə olan sıx təmaslar ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verir.

Əvvəlki Yazı

Ali Rada Ukrayna baş nazirinin müavini Vereşçukun istefasını qəbul etməyib

Növbəti Yazı

Rada demək olar ki, bütün planlaşdırılan nazir istefalarını uğursuz hesab edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.