Ali Rada baş nazirin müavini – Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçukun istefasını təsdiqləməyib. Bu barədə Ukrayna parlamentinin üzvü Yaroslav Jeleznyak özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Vereşçukun işi ilə bağlı heç bir hesabat olmayıb. Təklif 214 səs toplayıb, 226 səs tələb olunub.
Bundan əvvəl parlament Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Vitali Kovalın istefasını təsdiqləməkdən imtina edib. (Tass)
