İyul 10, 2026-1:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Çoxəsrlik tariximizin şanlı Zəfər Günü – elmi sessiya

2025:11:06 - 18:00
in SİYASƏT
A A

Noyabrın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, 8 Noyabr tariximizə qızıl hərflərlə yazılıb. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyulan gündür. Akademik G.Baxşəliyeva qeyd edib ki, beş il öncə – 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimiz Ermənistan silahlı qüvvələrini darmadağın edərək nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdilər. Bu şanlı Zəfər yolunun sonunda düşmən diz çökdürüldü, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, şəhidlərimizin qisasını aldı. Azərbaycan öz qüdrətini, öz haqqı olanı almağı bacardığını dünyaya göstərdi.

Elmi sessiyada institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü elmi sessiyada “Zəfər bayramı-milli birlik və qürur günü” və ümumi işlər üzrə direktor müavini Pərviz Ağayevin “Azərbaycanın tarix səhifələrinə qızıl hərflərlə yazılmış Zəfər Günü” mövzularında məruzələri dinlənilib.

Əvvəlki Yazı

Diaspor nümayəndəsi: Prezidentin Azərbaycan dilinin saflığının qorunması haqqında fikirlərini dərin qürur hissi ilə qarşıladıq

Növbəti Yazı

Tramp 1979-cu ildə İrana qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.