İyul 10, 2026-0:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Diaspor nümayəndəsi: Prezidentin Azərbaycan dilinin saflığının qorunması haqqında fikirlərini dərin qürur hissi ilə qarşıladıq

2025:11:06 - 17:43
in SİYASƏT
A A

Azərbaycan dili bizim mənliyimizdir. Biz kimliyimizi, keçmişimizi və gələcəyimizi bu dildə ifadə edirik. Hər bir xalqın tarixində elə dəyərlər var ki, onları qorumaq milli borc sayılır. Bizim üçün isə bu dəyərlərin başında ana dilimiz gəlir. Biz – xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması haqqında səsləndirdiyi fikirləri böyük diqqət və dərin qürur hissi ilə qarşıladıq. Prezidentimizin bu çıxışı təkcə ölkə daxilində yaşayan insanlara deyil, həm də dünyanın müxtəlif guşələrində Azərbaycanı təmsil edən milyonlarla soydaşımıza ünvanlanan çox mühüm bir mesajdır. Bu çağırış bizə xatırladır ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın, kimliyimizin və mənəvi dəyərlərimizin təməl daşıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının həmsədri, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova deyib.

Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən icmalar, mədəniyyət mərkəzləri və məktəblər dilimizin öyrədilməsi və təbliği üçün sistemli addımlar atırlar. “Bizim hər birimiz fərdi şəkildə və diaspor təşkilatları səviyyəsində Azərbaycan dilinin yaşadılması istiqamətində daha fəal oluruq. Burada fəaliyyət göstərən, ana dili dərsini tədris edən müəllimlərimizin də fədakar əməyi xüsusi qeyd olunmalıdır. Onlar uşaqların mütəmadi şəkildə ana dili dərslərinə cəlb olunmaları üçün icmalar, diaspor təşkilatları və valideynlərlə sıx əməkdaşlıq edirlər. Müəllimlər dərs prosesini sadəcə tədris deyil, həm də maarifləndirici, tərbiyəvi və milli dəyərlərin təbliği istiqamətində qurur, uşaqlarda ana dilinə sevgi və hörmət hissi formalaşdırırlar. Məhz bu müəllimlərin əzmkarlığı, yaradıcı yanaşması və səmərəli fəaliyyəti sayəsində gənc nəsildə dil bilikləri, nitq mədəniyyəti və Azərbaycan mədəniyyətinə bağlılıq hissi daha da möhkəmlənir”, – deyə o bildirib.

Ü.Nəcəfova qeyd edib ki, diaspor nümayəndələri hər zaman Azərbaycan dilinin qorunması və təbliği məsələsini fəaliyyətlərinin prioritet istiqaməti kimi müəyyən edirlər.

“Biz keçirilən tədbirlərdə, mədəni proqramlarda, mediada çıxışlarda Azərbaycan dilindən daha çox və daha təmiz şəkildə istifadə etməyi qarşıya məqsəd qoyuruq. Fəaliyyət göstərdiyimiz ölkələrdə milli ədəbiyyatın tanıdılmasına, eləcə də gənclər arasında dil sevgisinin aşılanmasına yönəlmiş layihələr icra edirik. Bir çox şəhərlərdə Azərbaycan dili günləri, mədəniyyət festivalları, kitab sərgiləri təşkil edərək dilimizi və mədəniyyətimizi fəxrlə təqdim edirik. Prezidentimizin dediyi kimi, “Ana dili hər bir millətin milli mənsubiyyətinin əsas amilidir”. Biz də bunun dərin mənasını anlayırıq və bu istiqamətdə dövlətimizin və millətimizin səylərinə dəstək oluruq. Dilimizi qorumaq milli kimliyimizi, milli ruhumuzu və azərbaycançılıq ideologiyasını qorumaq deməkdir. Azərbaycan dili bizim qürurumuzdur, varlığımızın səsidir”, – deyə Koordinasiya Şurasının həmsədri vurğulayıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı milli özünüdərk baxımından ciddi çağırışdır – ŞƏRH

Növbəti Yazı

Çoxəsrlik tariximizin şanlı Zəfər Günü – elmi sessiya

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.