May 14, 2026-2:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Deputat “TikTok”a nəzarətin gücləndirilməsini təklif edib

2026:05:12 - 15:44
in SOSİAL
A A
Azərbaycanda “TikTok”a nəzarətin gücləndirilməsini təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səbinə Salmanova çıxış edib.

Onun sözlərinə görə, insan alveri və insan istismarı halları dünya miqyasında olduğu kimi, Azərbaycanda da müəyyən formada mövcuddur və yeni çağırışlarla özünü göstərir:

“Müasir texnologiyaların inkişafı, sosial şəbəkələrin geniş yayılması bu sahədə yeni risklər formalaşdırır. Bu baxımdan hesab edirəm ki, sosial şəbəkələrə, xüsusilə “TikTok” platformasına nəzarət daha da gücləndirilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən bu platformada əxlaqsızlığın təbliği, insanların mənəvi dəyərlərinə zidd davranışların nümayiş etdirilməsi və gənclərin yanlış istiqamətləndirilməsi kimi hallara rast gəlinir. Xüsusilə azyaşlıların və yeniyetmələrin bu cür zərərli paylaşımların təsiri altına düşməsi ciddi narahatlıq doğurur”.

S.Salmanova bildirib ki, aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilir, monitorinqlər aparılır, qanunsuz fəaliyyətlə məşğul olan şəxslər məsuliyyətə cəlb olunur:

“Lakin hesab edirəm ki, sosial şəbəkələrə nəzarət daha da gücləndirilməli, cəmiyyətin mənəvi təhlükəsizliyinə təhdid yaradan hallara qarşı daha prinsipial mövqe nümayiş etdirilməlidir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub:

“Son illərdə bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və maarifləndirmə tədbirlərinin artırılması mühüm nəticələr verib. İnsan alveri cinayətlərinin aşkar olunması, zərərçəkmiş şəxslərin müdafiəsi, onların reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin bu məsələyə nə qədər həssas yanaşdığını göstərir. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində insan alverinə qarşı mübarizə mexanizmləri daha da gücləndirilib”.

Əvvəlki Yazı

“PAŞA Bank” yeni səhmlərinə abunə yazılışının müddətini 1 ay uzadıb

Növbəti Yazı

Küveyt Daxili İşlər Nazirliyi İİKK ilə əlaqəli dörd təxribatçının həbs olunduğunu açıqladı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.