Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Azər Badamov çıxışı zamanı deyib.
O bildirib ki, mülkiyyətçinin hüquqları qanunvericilikdə öz əksini tapıb:
“Həm də torpaq sahibi mülkiyyətində olan torpağın üzərində yaşıllıq olub olmamasına baxmayaraq, bütün ərazisinin vergisini verir, amma ondan istifadə edə bilmir. Vətəndaşların mülkiyyətində olan pay torpaqlarında özünün yetişdirdiyi və ya kol-kosdan təmizləməsi məsuliyyət yaradır. Müvafiq komitə tərəfindən məsələyə baxılmasını təklif edirəm”.
