ABŞ Dövlət Departamenti Norveçə 2,3 milyard dollara UH-60M Black Hawk çoxməqsədli helikopterlərinin və əlaqəli sistemlərin satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda bildirilib.
Norveç hakimiyyəti əvvəllər ABŞ-dan 21 UH-60M Black Hawk helikopteri, onların mühərrikləri və silahları, eləcə də naviqasiya, rabitə və müdafiə sistemləri də daxil olmaqla müxtəlif sistemlər almaq üçün icazə istəyib. Sənəddə deyilir ki, “ümumi dəyər 2,3 milyard dollar qiymətləndirilir”.
ABŞ administrasiyası potensial silah satışını təsdiqləmək qərarı barədə artıq Konqresi məlumatlandırıb. Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklayıb-bloklamamaq barədə düşünmək üçün 15 günü var. (Tass)
