İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Respublikasının rəhbərliyi ilə İraqın Hörmüz boğazından gəmilərinin keçməsinə məhdudiyyət qoyulan ölkələr siyahısından çıxarılması məsələsini müzakirə edəcək. Bu barədə İraq Nümayəndələr Şurasının (Parlament) sədri Heybət əl-Halbusi bildirib.
“İran Parlamentinin sədri Qalibaf İraq neft tankerlərinin Hörmüz boğazındakı məhdudiyyətlərdən azad edilməsi məsələsini İranın yüksək vəzifəli şəxsləri ilə müzakirə edəcəyini bildirib”, – deyə Əl-Həlbusi bildirib.
İraq parlamentinin spikeri Bağdadda Qalibafla bu yaxınlarda keçirilən görüşdə İran hakimiyyətindən “iqtisadi maraqlarının qorunmasını təmin etmək” məqsədilə Hörmüz boğazından neft ixracı ilə bağlı məsələlərdə İraqa “xüsusi status” verilməsini istəyib. (Tass)
