İyun 22, 2026-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Dövlət Proqramı aqrar sektorda yeni inkişaf mərhələsinin əsasını qoyur

2026:06:22 - 16:42
in İQTİSADİYYAT
A A

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir. Proqramın əsas məqsədi kənd təsərrüfatında dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin etmək, ərzaq təhlükəsizliyini gücləndirmək, məhsuldarlığı artırmaq, innovasiya və rəqəmsallaşmanı genişləndirməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Dövlət Aqrar Universiteti Zoomühəndislik fakültəsinin dekan müavini Günel Əmiri deyib.

O bildirib ki, Dövlət Proqramının ən mühüm yeniliklərindən biri kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin genişləndirilməsidir.

“Bu istiqamətdə müasir suvarma sistemlərinin əhatə dairəsinin artırılması, torpaq resurslarından daha səmərəli istifadə, torpaq konsolidasiyası layihələrinin həyata keçirilməsi və məhsuldarlığın yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, fermerlərin müasir texnika və avadanlıqlara çıxışının yaxşılaşdırılması üçün subsidiya və güzəştli maliyyələşdirmə mexanizmləri daha da genişləndiriləcək.

Heyvandarlıq sahəsində də mühüm yeniliklər planlaşdırılır. Proqram çərçivəsində intensiv heyvandarlıq təsərrüfatlarının sayının artırılması, damazlıq işinin təkmilləşdirilməsi, heyvanların identifikasiya sisteminin geniş tətbiqi, yem bazasının gücləndirilməsi və emal sənayesinin inkişafı əsas prioritetlər sırasındadır. Süd və ət istehsalının artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi və fermerlərin gəlirlərinin artırılması məqsədilə yeni dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qoyunçuluq və quşçuluq sahələrində də müasir təsərrüfatların yaradılması və emal imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır”,- deyə o əlavə edib.

G.Əmiri vurğulayıb ki, Dövlət Proqramı aqrar təhsil və insan kapitalının inkişafına da xüsusi önəm verir: “Aqrar sahədə müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması məqsədilə beynəlxalq tərəfdaşlıq əsasında birgə universitetin yaradılması, ikili diplom proqramlarının genişləndirilməsi, Mükəmməllik Mərkəzlərinin yaradılması və informasiya-məsləhət xidmətləri şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Bu tədbirlər aqrar sahədə elmi potensialın gücləndirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verəcək.

Bununla yanaşı, proqramda rəqəmsal idarəetmənin gücləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin inkişaf etdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqi də nəzərdə tutulur. Bu yeniliklər aqrar sektorda qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə və dövlət dəstəyinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Ümumilikdə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatı, heyvandarlıq və aqrar təhsil sahələrində yeni inkişaf mərhələsinin əsasını qoyur. Proqramın uğurlu icrası məhsuldarlığın artmasına, fermerlərin rifahının yüksəlməsinə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və ölkənin ixrac potensialının genişlənməsinə mühüm töhfə verəcək”.

Əvvəlki Yazı

Azərbaycan Ordusu müstəqilliyimizin və təhlükəsizliyimizin etibarlı təminatçısıdır

Növbəti Yazı

AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.