İyun 18, 2026-22:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ədibin nəvəsi: Abdulla Şaiq ömrünü uşaqların savadlı və Vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr edib

2026:06:18 - 17:21
in MƏDƏNİYYƏT
A A

Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli şairi, yazıçı, dramaturq və maarif xadimi Abdulla Şaiqin anadan olmasının 145 illiyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdiyini deyib. Qeyd edib ki, böyük ədibin əsərləri bu gün də öz aktuallığını qoruyur, uşaqların mənəvi dünyasının formalaşmasında mühüm rol oynayır. Direktor kitabxana tərəfindən milli ədəbi irsin təbliği və gənc nəslin klassik ədəbiyyat nümunələri ilə yaxından tanış olması istiqamətində həyata keçirilən layihələrə xüsusi önəm verildiyini vurğulayıb.

Ədibin nəvəsi Ülkər Talıbzadə çıxışında qeyd edib ki, Abdulla Şaiq ömrünü xalqının maariflənməsinə, uşaqların savadlı və Vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr etmiş böyük ziyalılardan biridir. Onun əsərlərinin bu gün də uşaqlar tərəfindən sevgi ilə oxunması və səhnələşdirilməsi yaradıcılığının daim yaşadığını göstərir. Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlı ruhda formalaşmasında mühüm rol oynayır.

Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Çiçəyim” uşaq teatrının dərnək üzvləri Abdulla Şaiqin yaradıcılığından nümunələr təqdim ediblər. Həmçinin uşaqlar “Tülkü həccə gedir”, “Həpimiz bir günəşin zərrəsiyik”, “Altın oğlu”, “Lay-lay”, “Ana” və “A gülüm” əsərlərini səsləndirib, “Tık-tık xanım” kompozisiyası təqdim olunub.

Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanmış Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş elektron məlumat bazasının da təqdimatı keçirilib. Oxucuların istifadəsinə təqdim edilən elektron resurs 12 bölmədən və yarım bölmələrdən ibarət olmaqla, ədibin zəngin yaradıcılıq irsini sistemli və əlçatan formada təqdim edir.

Elektron məlumat bazasında “Həyat və yaradıcılığı”, “Əsərləri”, “Tərcümələri”, “Müdrik deyimləri”, “Sözlərinə yazılmış mahnılar”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələr yer alıb.

Əvvəlki Yazı

Qazaxıstan ChatGPT və Aliexpress-in sahibinə təxminən 5 milyon dollar əlavə vergi ödəməyi əmr edib

Növbəti Yazı

Litva diplomatik münasibətlərin bərpası üçün Çinə təkliflər göndərib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.