Vilnüs Pekinə diplomatik münasibətlərin bərpası ilə bağlı təkliflər göndərib. Bu barədə Litva Xarici İşlər Nazirliyi BNS ilə paylaşdığı şərhdə bildirib.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Litva diplomatik nümayəndəliklərin bərpası üçün Çin tərəfinə konkret təkliflər təqdim edib və beynəlxalq hüquqa, ümumi qəbul edilmiş diplomatik təcrübəyə və milli qanunvericiliyə əsaslanan dialoqa açıqdır”.
Litva Çinlə diplomatik münasibətləri normallaşdırmaq, onları digər Aİ üzv dövlətləri ilə qurulan münasibətlərə uyğunlaşdırmaq istəyir. Xarici İşlər Nazirliyi etiraf edib ki, “bu, hər iki tərəfdən vaxt və səy tələb edən mürəkkəb bir prosesdir”.
