ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ukraynadan daha böyük güzəştlər gözləyəcək. Bu fikri Sent-Endryus Universitetinin professoru Filips O`Brayen deyib, Focus jurnalı yazır .
O`Brayen hesab edir ki, Tramp Rusiya prezidenti ilə danışıqlardan sonra Ukraynadan daha böyük güzəştlər gözləyəcək. Eyni zamanda ekspert vurğulayıb ki, Almaniya kansleri Fridrix Mersin təqdim etdiyi və avropalıların Rusiya ilə danışıqlarda israrlı olduqları 5 məqam Ukrayna və Avropanın mövqeyinin zəifliyini nümayiş etdirir. O’Brayenin sözlərinə görə, ABŞ Ukraynaya tam hüquqlu oyunçu kimi yanaşmır.
Eyni zamanda, ekspert belə bir fikri ifadə edib ki, ABŞ prezidenti Ukrayna üçün heç bir real təhlükəsizlik zəmanəti ilə razılaşmayacaq, ona görə də bu, mahiyyət etibarı ilə Avropaya aid məsələdir. “Və Zelenski bilir ki, indi onun heç bir real zəmanəti yoxdur”, – o vurğulayıb. O’Brayen qeyd edib ki, Ukraynanın NATO-ya mümkün qəbulu “Rusiya Federasiyasının vetosu ilə deyil, ABŞ-ın ölkəni alyansa qəbul etmək istəməməsi ilə üz-üzə gələcək”. Sonda ekspert qeyd edib ki, “Zelenskinin və Ukraynanın mövqeləri zəifdir, qalan hər şey Trampdan asılıdır”.
