May 23, 2026-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Eldəniz Babayev: İncəsənət Azərbaycan və Türkiyənin birliyini möhkəmləndirən körpüdür

2026:05:20 - 11:03
in MƏDƏNİYYƏT
A A

“Sənət körpüsü… Azərbaycan – Türkiyə” layihəsi və eyniadlı sənədli film Türkiyə ilə 35 ildən artıq davam edən münasibətlərimi əks etdirir. Mən Kuşadası kurort şəhərində yaşamış, çalışmış və bədii tərtibat işləri ilə məşğul olmuşam. Zaman keçdikcə addım-addım türk mədəniyyətinə, incəsənətinə və memarlığına daha yaxından bələd olmuşam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Bakıda sərgisi və filminin nümayişi keçirilən rəssam Eldəniz Babayev deyib.

O qeyd edib ki, Türkiyə ilə peşəkar əlaqələr onun həyat yolunun mühüm hissəsinə çevrilib. Onun yaradıcılıq fəaliyyətində Azərbaycan və Türkiyənin tarixi və dövlətçilik mövzularına həsr olunmuş layihələr xüsusi yer tutur: “2023 və 2024-cü illərdə Azərbaycan və Türkiyənin müstəqilliyinə, həmçinin Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş sərgilərim keçirilib. Həmin sərgilər Azərbaycan və Türkiyənin dövlət strukturları səviyyəsində İstanbuldakı Atatürk Mərkəzində təqdim olunub”.

E.Babayev, həmçinin bildirib ki, Türkiyə tərəfinin dəvəti və İşbankasının iştirakı ilə keçirilən bədii layihənin eskiz müsabiqəsinin qalibi olub.

“Daha sonra tam bir bədii əsər yaratdım. Hazırda bu əsər İşbankası Muzeyində xüsusi Atatürk zalında – onun iş otağında nümayiş etdirilir. Azərbaycanlı rəssam kimi bu, mənim üçün qürur və şərəf mənbəyidir”, – deyə o vurğulayıb.

Rəssam əlavə edib ki, bu cür layihələr xalqlar arasında mədəni yaxınlaşma üçün mühüm əhəmiyyət kəsb edir.

“Hesab edirəm ki, mənim nəslin rəssamları gənclər üçün nümunə olmalıdır. Belə layihələr isə mədəniyyət və incəsənət vasitəsilə Türk dünyasının birliyini möhkəmləndirən addımlardır”, – deyə E.Babayev fikrini yekunlaşdırıb.

 

Əvvəlki Yazı

Si Cinpin: Rusiya və Çin bir-biri üçün strateji qala olaraq qalmalıdır

Növbəti Yazı

Putin: Rusiya və Çin heç kimə qarşı dost deyillər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.