Avqust 10, 2026-15:15
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

ƏMAS-da gecə işləri ilə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) gecə vaxtı yerinə yetirilən işlərlə bağlı əmək qanunvericiliyinin tələblərini özündə əks etdirən yeni xəbərdarlıq funksionallığı yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildiirlib ki, Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə əsasən, bəzi işçi kateqoriyalarının gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsi qadağan edilir və ya qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər tətbiq olunur.

“Yeni funksionallıq çərçivəsində işəgötürənlər əmək müqaviləsi bağlayarkən və iş qrafiklərini tərtib edərkən ƏMAS tərəfindən müvafiq qanunvericilik tələbləri barədə xəbərdarlıq bildirişi ilə məlumatlandırılır.

Bu yenilik işəgötürənlərin əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməsinə, müəyyən edilmiş məhdudiyyətlərin nəzərə alınmasına və işçilərin əmək hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir”, – məlumatda qeyd olunub.