İyun 25, 2026-5:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri Türkiyəyə səfər edib

2026:06:19 - 11:05
in İQTİSADİYYAT
A A

İyunun 17-19-da Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyalarının iştirakçılarının Türkiyəyə səfəri təşkil olunub.

“Report” xəbər verir ki, səfərin ilk günündə gənc media nümayəndələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstanbul şəhərində yerləşən ofisini ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar.

Burada təşkil olunan məlumatlandırma sessiyasında “SOCAR Türkiyə”nin baş icraçı direktorunun kommunikasiya və dövlətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov şirkətin qardaş ölkədəki çoxşaxəli fəaliyyəti, icra olunan layihələr, əldə olunan nailiyyətlər, strateji hədəflər ilə bağlı ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Səfər proqramının növbəti günündə İzmir şəhərinə səfər edən gənc media nümayəndələri üçün “SOCAR Türkiyə” şirkətinin Əliağadakı inzibati binasında məlumatlandırma sessiyası keçirilib.

“SOCAR Türkiyə”nin Emal və neft-kimya biznes vahidi rəhbərinin maliyyə məsələləri üzrə müavini Ahmet Gülhan təqdimat ilə çıxış edərək, “Petkim” neft-kimya kompleksinin və STAR Neft Emalı Zavodunun fəaliyyəti, artan istehsal gücü və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

“SOCAR Terminal”ın baş direktoru Uygun Değirmenci təqdimatında terminalın fəaliyyətindən, ötən illər ərzində şirkətin logistik imkanlarının genişləndirilməsi üzrə atılan addımlardan, əldə olunan uğurlardan, yükdaşıma əməliyyatlarında səmərəliliyin və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

“SOCAR Türkiyə”nin dayanıqlılıq və SƏTƏM üzrə korporativ direktoru Mehmet Özenbaş çıxışında ətraf mühit, sosial və korporativ idarəetmə yanaşmalarının müasir biznes mühitində artan rolundan bəhs edərək şirkətin əməliyyat səmərəliliyi və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr, müəssisələrdə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Daha sonra gənc jurnalistlər üçün “Petkim” neft-kimya kompleksinin, STAR Neft Emalı Zavodunun və “SOCAR Terminal”ın ərazisinə sahə turları təşkil olunub. Sahə turları çərçivəsində iştirakçılar müəssisələrin əməliyyat fəaliyyəti, müasir texnoloji imkanları ilə tanış olublar.

Əvvəlki Yazı

AZPROMO: Sənaye zonalarına 5 milyard dollardan çox investisiya qoyulub

Növbəti Yazı

Sofiyada Azərbaycan milli mətbəxi təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.