İyun 25, 2026-4:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Sofiyada Azərbaycan milli mətbəxi təqdim olunub

2026:06:19 - 11:19
in MƏDƏNİYYƏT
A A
Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan milli mətbəxi təqdim olunub.

Bu barədə “Report”a Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Dayanıqlı Qastronomiya Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə Azərbaycan və Bolqarıstanın dövlət rəsmiləri, merlər, kənd təsərrüfatı, turizm, ətraf mühit, qonaqpərvərlik və qastronomiya sahələrinin nümayəndələri, həmçinin akademik dairələrin və media qurumlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov çıxışında bildirib ki, ölkəsinin kulinariya irsi insan, mədəniyyət və təbii mühit arasında tarazlıq fəlsəfəsini aydın şəkildə əks etdirir:

“Azərbaycanın qastronomik irsinin mühüm elementləri sırasında yer alan Azərbaycan lavaşı, təndirdə çörəkbişirmə ənənəsi, dolma, çay mədəniyyəti və Nar Bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

Bundan sonra qonaqlar Şah plov, yarpaq dolması, göyərti və ətli qutab, manqal salatı, doğramaç, Bakı paxlavası, Şəki paxlavası, Naxçıvan sucuğu, Gəncə Çinar şokoladları və şəkərbura da daxil olmaqla müxtəlif ənənəvi Azərbaycan yeməkləri və şirniyyatlarını dadıblar.

Əvvəlki Yazı

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri Türkiyəyə səfər edib

Növbəti Yazı

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.