İyun 29, 2026-5:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əqli Mülkiyyət Agentliyi Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib

2026:02:11 - 16:32
in SOSİAL
A A

Əqli Mülkiyyət Agentliyi Avrasiya Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib. Avrasiya məkanında ilk dəfə ölkəmizdə həyata keçirilən pilot layihəsi nəticəsində bu xidmət Əqli Mülkiyyət Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) elektron informasiya sisteminə inteqrasiya olunub və Azərbaycandan olan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddia sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent İdarəsinə təqdim etmək imkanı yaradılıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni funksional xidmətin tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. PƏNAH sisteminə inteqrasiya edilmiş bu xidmət Avrasiya iddia sənədlərinin işlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqi prosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez və dəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradan qaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır. Beləliklə, həm iddiaçılar, həm də ekspertlər üçün daha rahat və vaxta qənaət edən bir iş mühiti yaradılır.

Qeyd olunan xidmət hər kəsə istənilən vaxt və istənilən yerdən əlçatan olan, 24/7 rejimində fəaliyyət göstərən milli PƏNAH sisteminə əsaslanır və bu sistem vasitəsilə həyata keçirilir.

PƏNAH sistemində bu yeniliklərin tətbiq olunması Azərbaycanın beynəlxalq patent iddia sənədlərinin təqdim olunması sahəsindəki müasir yanaşmalara və innovasiyalara açıq olmasını bir daha təsdiq edir.

Əvvəlki Yazı

Yerquruluşunun layihələndirilməsi haqqında dərslik nəşr olunub

Növbəti Yazı

“Təhsildə menecment və yeni təlim texnologiyaları” elmi konfransına tezis qəbuluna başlanılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.