İyun 29, 2026-4:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Yerquruluşunun layihələndirilməsi haqqında dərslik nəşr olunub

2026:02:11 - 16:30
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətin inkişafı və müasir tədris resurslarının hazırlanması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, universitetin Geomatika kafedrasının professoru, kənd təsərrüfatı elmləri doktoru Ramiz Quliyevin və coğrafiya üzrə fəlsəfə doktoru Mirmahmud Quliyevin müəllifliyi ilə hazırlanmış “Yerquruluşu layihələndirilməsi” adlı dərslik çapdan çıxıb.

Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə dərsliyə rəsmi nəşr hüququ verilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə mühəndislik, memarlıq və əmlak idarəçiliyi sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasında aparıcı ali təhsil müəssisələrindən biri kimi elmi-metodiki bazanın zənginləşdirilməsinə xüsusi önəm verir. “Yerquruluşu layihələndirilməsi” dərsliyi də universitetin bu istiqamətdə həyata keçirdiyi elmi və tədris təşəbbüslərinin mühüm nəticələrindən biri hesab olunur.

Bu dərslik Azərbaycan yerquruluşu elminin inkişafı baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır və ölkədə bu sahə üzrə nəşr olunan ilk fundamental tədris vəsaitidir. Nəşrdə ərazi planlaşdırılmasının ekoloji-landşaft yanaşmaları, coğrafi məkanın təşkili prinsipləri, texniki-texnoloji həllər, iqtisadi mexanizmlər və hüquqi tənzimləmə əsasları sistemli şəkildə təqdim olunur. Bununla yanaşı, bazar torpaq münasibətləri şəraitində torpaq ehtiyatlarından səmərəli istifadə və idarəetmə metodları elmi əsaslarla izah edilir.

“Elm” nəşriyyatında çapdan çıxmış bu dərslik yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Eyni zamanda, nəşr yerquruluşu, kadastr, geodeziya, daşınmaz əmlakın qeydiyyatı, torpaq idarəçiliyi və ərazi planlaşdırılması sahələrində fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli elmi-metodiki mənbə hesab olunur.

Yeni dərsliyin nəşri Azərbaycan Memarlıq və İnşaat Universitetində aparılan elmi tədqiqatların nəticələrinin tədris prosesinə inteqrasiyası, torpaq resurslarının müasir yanaşmalar əsasında idarə olunması və bu sahədə peşəkar kadr hazırlığının gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

Əvvəlki Yazı

Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış və müstəqil siyasət yürüdür

Növbəti Yazı

Əqli Mülkiyyət Agentliyi Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.