ABŞ prezidenti Donald Tramp iddia edir ki, Tehran Hörmüz boğazından neft tədarükünə mane olarsa, ABŞ İrana zərbələrinin intensivliyini 20 dəfə artıra bilər.
Ağ Ev rəhbəri “Truth Social”da iddia edib ki, “Əgər İran Hörmüz boğazında neft tədarükünü dayandırmaq üçün bir şey etsə, ABŞ onlara əvvəlkindən 20 dəfə daha güclü zərbə endirəcək”. O, həmçinin ABŞ-ın “yumşaq hədəflərə hücum edəcəyini” və bundan sonra İranın “faktiki olaraq özünə gələ bilməyəcəyini” irəli sürüb.
“Ümid edirəm və dua edirəm ki, bu baş verməsin. Bu, ABŞ-ın Çinə və Hörmüz boğazından istifadə edən bütün ölkələrə bir hədiyyəsidir”, – deyə o, israr edib. (Tass)
