Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ Kənd Təsərrüfatı İnformasiya Xidmətinin administratoru Daniel Uitli ilə məhsuldar görüş keçirdiyini bildirib. Görüşün gündəliyində kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb.
Erməni diplomat özünün Facebook səhifəsində yazıb: “Əsas müzakirə mövzuları bunlar idi: Ermənistan kənd təsərrüfatı məhsullarının ABŞ bazarına ixracı imkanları; Ermənistan və ABŞ arasında kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi; və iki ölkədə özəl sektor şirkətləri arasında işgüzar əlaqələrin qurulması”.
