Avqust 16, 2026-9:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistanda seçkilər yaxınlaşdıqca sərt addımların artacağını proqnozlaşdırmaq olar ŞƏRH

2025:12:04 - 17:51
in SİYASƏT
A A

Son günlər Ermənistanda baş verən hadisələr göstərir ki, ölkə ciddi siyasi-ictimai və ideoloji parçalanma mərhələsinə qədəm qoyub. Bu prosesin mərkəzində isə dini təsisat adı altında fəaliyyət göstərən, lakin, əslində, siyasi ambisiyalarla hərəkət edən erməni Apostol Kilsəsi dayanır. Ənənəvi olaraq dini qurum statusu daşısa da, bu kilsə həm ideoloji, həm siyasi gücə malikdir və Ermənistanda hakimiyyət uğrunda mübarizədə vasitəyə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan, uzun illər Ermənistanda hakimiyyəti əlində saxlayan, lakin korrupsiya və öz maraqlarına xidmət etmələri səbəbindən ictimai etimadı itirən şəxslərdir. “Bu gün onlar öz mövqelərini bərpa etmək üçün kilsəyə arxalanmağa çalışırlar. Nikol Paşinyanı devirmək məqsədilə artıq kilsə vasitəsilə ictimai fikrə təsir etməyə cəhd edirlər. Bu baxımdan, bu şəxslərin, xüsusilə də, Levon Ter-Petrosyanın yaxın zamanda Qaregin II və digər kilsə liderləri ilə təmasda olması Nikol Paşinyanı ciddi şəkildə narahat edib. Tarixi gerçəklik göstərir ki, erməni kilsəsi həmişə xarici güclərin təsirində və maliyyə dəstəyində olub. Çar Rusiyası dövründən bəri regionda təxribatların legitimləşdiricisi kimi çıxış edib, Qarabağdakı və digər ərazilərdə təcavüzkar siyasətin ideoloji dayağı olub. 1905–1906 və 1918–1920-ci illərdə müsəlman əhaliyə qarşı törədilən qətliamların arxasında da kilsənin rolu danılmazdır”, – deyə P.Vəliyeva əlavə edib.

Deputat bugünkü proseslərin Ermənistanın daxili siyasi çəkişməsi olmaqla yanaşı, region üçün də təhlükə yaratdığına diqqət çəkib: “Paşinyan bu hadisələri “dövlət çevrilişinə cəhd”, “zorakı aksiyaların təşkili və hüquqi pozuntular” kimi qiymətləndirərək hüquqi tədbirlər görməsi ilə izah edir. Rəsmi İrəvanın bu yanaşması texniki baxımdan hüquqi əsaslara söykənsə də, cəmiyyətdə daha dərin parçalanmaya səbəb olur. Kilsənin cəmiyyətin geniş təbəqələrində hələ də təsiri mövcuddur və bu, gələcəkdə daha kəskin toqquşmaların əsasını qoya bilər. Diqqətçəkən məqamlardan biri də odur ki, Paşinyan özü də “demokratiya” və “islahatçı lider” obrazı ilə Qərb tərəfindən təqdim edilsə də, siyasi rəqibləri neytrallaşdırmaq üçün o, sərt və qeyri-demokratik metodlara əl atır. Maraqlıdır ki, beynəlxalq hüquq və insan haqları institutları — Avropa Şurası və digər Qərb qurumları Ermənistanda baş verən bu antidemokratik proseslərə tam susqun mövqe nümayiş etdirir.

Bu, bir daha sübut edir ki, Qərbin “insan hüquqları və demokratiya” şüarları yalnız seçilmiş ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ermənistan isə geosiyasi maraqlar baxımından onların “toxunulmaz zonasındadır”. Hazırkı proseslərə əsasən Ermənistanda seçkilər yaxınlaşdıqca Paşinyanın sərt addımlarının daha da artacağını proqnozlaşdırmaq olar”.

Əvvəlki Yazı

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

Növbəti Yazı

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.