İyulun 7-də həbs edilən müxalifətçi Çiçəklənən Ermənistan Partiyasının lideri, iş adamı Qaqik Tsarukyana məxsus bəzi müəssisələrin işçiləri, şirkətlərinin bağlanmasından sonra üçüncü gündür ki, etiraz aksiyaları keçirirlər.
“Multi Group” şirkətinin onlarla işçisi şirkətə gələrək şirkətin yenidən açılmasını tələb edib. İş adamına məxsus 70 digər müəssisənin qapıları kimi, “Multi Stone”un qapıları da Ermənistan hüquq-mühafizə orqanlarının başlatdığı yoxlamalardan sonra 6 iyulda bağlanıb. Etiraz aksiyası yerli televiziya kanalları tərəfindən yayımlanır.
İşçilər zavodun bağlanmasının siyasi motivlərinə işarə edir və hökumətin şirkətin 10 günlük fəaliyyətsizliyi ilə bağlı susqunluğundan qəzəblənirlər. Onların sözlərinə görə, 15 iyul tarixinə qədər təxminən 15.000 insan işsizliklə üzləşib. Etirazçılar Kotayk vilayətinin qubernatoru ilə görüş tələb edir və regional paytaxt rəhbərliyi gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər. (Tass)
