Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi, ölkənin bəzi siyasi xadimlərinin açıqlamalarına baxmayaraq, Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab etməyə davam edir. Bunu KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasından sonra KTMT-nin baş katibi Taalətbek Masadıkov bildirib.
“Bu məsələ iclasda müzakirə olunmayıb. Hesab edirəm ki, bu, siyasi məsələdir və bu günə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir. Ermənistan Respublikası tərəfindən başqa heç bir açıqlama və ya qərar verilməyib. Ermənistanda və digər ölkələrdə siyasətçilərin seçkiqabağı və ya seçkidən sonrakı dövrdə səsləndirdiyi ritorika fərqlidir”, – deyə Baş katib bildirib. (Tass)
