Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2026-cı ildə səkkiz təlim keçirəcəklər. Bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov təşkilatın Müdafiə Nazirləri Şurasının iclasından sonra bildirib.
“Bu gün hamımız dünyanın olduqca sürətlə dəyişdiyini görürük. Dünyanın müxtəlif yerlərində bir çox münaqişələr baş verir. Təbii ki, təşkilat bütün mümkün riskləri və təhdidləri təhlil edir və aradan qaldırmağa çalışır. Bu il üçün səkkiz təlim də daxil olmaqla 60-dan çox tədbir planlaşdırılır. Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələri ilə təlimlər Qazaxıstanda keçiriləcək; bu, “Rubej-2026″dır. Rusiya Federasiyası ərazisində kollektiv sürətli reaksiya qüvvələri ilə “Qarşılıqlı əlaqə” təlimləri də keçiriləcək. Həmçinin, Belarusda sülhməramlı qüvvələrin iştirakı ilə “Sarsılmaz Qardaşlıq” təlimləri keçiriləcək”, – deyə o, jurnalistlərə bildirib. (Tass)
