Fələstin prezidenti Mahmud Abbas 21-22 yanvar tarixlərində Moskvaya səfər edəcək və Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu barədə TASS-a Fələstinin Rusiyadakı səfirliyindən məlumat verilib.
Agentliyin mənbəyi təsdiqləyib ki, “O (Abbas ) yanvarın 21-də iki günlük səfər edəcək”. O, Fələstin prezidentinin Rusiya lideri ilə görüşmək planları ilə bağlı suala müsbət cavab verib.
