Qahirə danışıqlarında iştirak edən fələstinli fraksiyalar Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı BMT qətnaməsinin qəbul edilməsi ideyasını dəstəkləyib. Hərəkatlardan biri olan HƏMAS bu barədə bəyanat yayıb.
“Qahirə görüşlərinin iştirakçıları Qəzzada sabitliyin qorunması üçün bütün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar həmçinin BMT-nin atəşkəsə nəzarət etmək üçün anklavda sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə qətnamə qəbul etməsinin vacibliyini bir daha təsdiqləyirlər”, – HƏMAS-ın Teleqram kanalında dərc olunan bəyanatda deyilir.
