Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz respublikanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri olacaq. Onun təyinatı barədə NTV telekanalı xarici işlər naziri Hakan Fidana istinadən məlumat yayıb.
Yılmaz 13 ildən sonra Türkiyənin Suriyadakı ilk səfiri olacaq. 2012-ci ilin martında Türkiyənin Dəməşqdəki səfirliyi bağlandı və yal²nız ötən ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra yenidən açıldı. Burhan Köroğlu daha sonra Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili təyin edilib.
“Cumhuriyet” qəzeti yazır ki, Yılmaz 2013-2023-cü illərdə Xarici İşlər Nazirliyinə keçməmişdən əvvəl o zaman Fidanın rəhbərlik etdiyi Türkiyə Milli Kəşfiyyat Təşkilatında çalışıb.
Xarici ölkələrə səfir təyinatları Türkiyə prezidentinin qərarları ilə həyata keçirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfir təyinatı ilə bağlı fərmanı hələ imzalamayıb. (Tass)
