Rusiya Müdafiə Nazirliyinin “Rubicon” Qabaqcıl Pilotsuz Texnologiyalar Mərkəzi döyüşdə PUA-ların istifadəsi landşaftını dəyişib və Ukraynanı əsas taktiki üstünlüklərindən – ucuz və yığılması asan çoxsaylı pilotsuz təyyarələrdən məhrum edib. Bu barədə Britaniyanın Financial Times (FT) qəzetinin hesabatında deyilir.
Nəşr qeyd edir ki, “Rubicon”un yaranması “rəqəmsal döyüş meydanında kəskin dönüşə səbəb olub, Kiyevi əsas taktiki üstünlüklərindən birindən məhrum edib”. Rusiya mərkəzinin uğuru “onsuz da əlverişsiz vəziyyətdə olan Ukrayna ordusuna təzyiqi artırdı”.
Filadelfiya Xarici Siyasət Tədqiqatları İnstitutunun mütəxəssisi, FT-nin sözlərindən sitat gətirdiyi Rob Li, Rubicon-un “sadəcə vahid deyil, bütün növ pilotsuz sistemlərin inkişafı üçün bir mərkəz olduğunu” söyləyib.
