“The Financial Times” (FT) adı açıqlanmayan rəsmiyə istinadən xəbər verir ki, “İyirmilik Qrupu” (G20) ölkələrinin noyabrın 22-23-də Yohannesburqda keçiriləcək sammitində çətin ki, birgə bəyanat qəbul etsin.
“G20-nin qış yuxusuna getməsinin vaxtıdır”, – nəşrin mənbəsi bildirib.
Onun sözlərinə görə, iştirakçı ölkələrin nümayəndə heyətləri birgə bəyanat qəbul etməyi gözləmirlər. Onlar sammitdən ikitərəfli görüşlər üçün istifadə etməyi və ticarət və iqlim dəyişikliyi ilə bağlı mövqelərini koordinasiya etməyi planlaşdırırlar.
Ötən həftə ABŞ prezidenti Donald Tramp TruthSocial şəbəkəsində ABŞ nümayəndələrinin Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. O, sammitin Cənubi Afrikada yerləşməsini biabırçılıq adlandıraraq, onun fikrincə, zorakılığa məruz qalan ağdərililərin insan hüquqlarının vəziyyətinə diqqət çəkib. Vitse-prezident J.D.Vens əvvəllər Yohannesburqda keçiriləcək G20 sammitində ABŞ nümayəndə heyətinə rəhbərlik etməli idi. O, noyabrın sonunda Keniyaya planlaşdırılan səfərini də ləğv edib. (Tass)
