Avqust 19, 2026-20:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Fariz Cəfərov: “Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq”

2026:02:18 - 10:35
in İQTİSADİYYAT
A A

Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya 2026–2029-cu illəri əhatə edir və sənəd çərçivəsində 3 məqsəd, 9 prioritet istiqamət və 50 təşəbbüs müəyyənləşdirilib.

F.Cəfərov bildirib ki, təşəbbüslər biznes, cəmiyyət və dövlət istiqamətləri üzrə bölüşdürülüb: “Ümumilikdə təşəbbüslərin 26-sı biznes, 15-i cəmiyyət, 9-u isə dövlət üzrə nəzərdə tutulub. Əsas hədəf rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, mövcud bizneslərin rəqəmsallaşmasının sürətləndirilməsi və yeni rəqəmsal biznes modelləri vasitəsilə əlavə dəyərin yaradılmasıdır”.

O qeyd edib ki, strategiyanın icrası nəticəsində yüzlərlə müəssisənin rəqəmsal transformasiya proqramlarına cəlb olunması, yeni startapların yaradılması və İKT üzrə yüksək ixtisaslı mütəxəssislərin payının artırılması nəzərdə tutulur: “Strategiyanın icrası nəticəsində 300 müəssisənin rəqəmsal transformasiya proqramlarında iştirakı, 250 yeni startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışı və 40 min vətəndaşın təlimlərə cəlb olunması nəzərdə tutulur”.

İcraçı direktorun sözlərinə görə, generativ süni intellekt əsaslı həllər vasitəsilə 70 milyon manat dəyərin yaradılması planlaşdırılır.

Əvvəlki Yazı

WUF13-lə bağlı vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq

Növbəti Yazı

Estoniya xarici işlər naziri ölkədə NATO-nun nüvə silahlarının yerləşdirilməsinə icazə verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.