Fars xəbər agentliyi layihə sənədinə istinadən bildirib ki, İran ABŞ ilə ilkin razılaşmanın bir hissəsi olaraq nüvə proqramı ilə bağlı heç bir öhdəlik götürməyib.
Agentlik Amerika mediasının İranın ilkin razılaşmaya əsasən nüvə ilə əlaqəli ehtiyatlarını azaltmaq və obyektlərini bağlamaq məcburiyyətində qaldığı iddialarını “tamamilə əsassız” adlandırıb.
Agentliyin danışıqlarla tanış olan mənbələri Tehranın belə bir öhdəlik götürmədiyini və nüvə proqramı ilə bağlı bütün məsələlərin memorandumun imzalanmasından sonrakı 60 gün ərzində müzakirə ediləcəyini təsdiqləyiblər.
Reuters agentliyi öz növbəsində bildirir ki, Tehran da zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razılıq verməyib. Agentliyə İran mənbəsi bildirib ki, “Yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı heç bir razılaşma olmayıb”. (Tass)
