Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 8 binada təşkil olunan imtahanlarda ümumilikdə 2411 abituriyent iştirak edib.
İmtahanın idarə olunmasına 29 rəhbər, 238 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
