Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana hücumların və onun cavab tədbirlərinin qəbuledilməz olduğunu, lakin bölgədəki böhranın əsas səbəbkarının İsrail olduğunu bildirib.
“Düzünü desəm, bölgəmizdəki bu misli görünməmiş böhranın əsas səbəbi İsraildir. [İranla] danışıqlar zamanı İsrailin təxribatları ilə başlayan bu hücumlar təkcə bölgəmizi böyük bir müharibə zonasına çevirmədi, həm də qlobal sabitliyi sarsıtdı. Bu son dərəcə çətin vəziyyətdə İranın tarixi məsuliyyətini xatırlamalıyıq. Səbəbləri nə olursa olsun, İranın bölgədəki ölkələrə hücumları regional sabitliyin təməllərini sarsıdır və qəbuledilməzdir. Bu, nə İran, nə də region üçün faydalı deyil. İrana hücumlar tamamilə səhvdir”, – deyə o, Dohada Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə birgə mətbuat konfransında bildirib.
