Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı təcavüzün qanunsuz və təhriksiz olduğunu, lakin Tehranın cavab zərbələrinin də düzgün addım olmadığını bildirib.
“Əlbəttə ki, İrana hücum təxribatsızdır. Bu müharibə və bu hücum ədalətsiz və qanunsuz olduğu kimi, İranın regiondakı digər ölkələrə, xüsusən də Fars körfəzi dövlətlərinə hücumları da ədalətsiz və qanunsuzdur. Biz bunu iranlı həmkarlarımıza bildiririk. Lakin buna mümkün qədər tez son qoymaq üçün atəşkəs prosesinə başlamaq lazımdır”, – deyə o, Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. (Tass)
